Hunlar

Hun türkləri
450-ci illərdə hunların hökmdarlıq etdiyi torpaqlar.
Yaşadığı ərazilər
Türkistan, Qafqaz, Avropa
Dili

Hun dili

Dini

Tanrıçılıq (Şamanizm)

Qohum xalqlar

Digər Türk xalqları

Hunlar — IV-VI əsrlərdə Mərkəzi Asiyada, QafqazdaŞərqi Avropada yaşamış köçəri xalq. Avropa ənənəsinə görə, onlar ilk əvvəllərdə Volqa çayının şərqində, yəni o dönəmdə Skitiya adlandırılan yerlərdə yaşamışdırlar.[1] Hunların qərbə doğru köçmələri ariyanlardan hesab edilən Alanların qərbə doğru yürüşü ilə əlaqələndirilir.[2] 370-ci ildən etibarən Hunlar Volqa sahillərinə gəldilər və 430-cu ildə Avropada özlərinin böyük, lakin qısaömürlü dövlətlərini qurdular. Hunlar tədricən QotlarıRoma sərhədlərindən kənarda yaşayan bir çox digər german tayfalarını özlərinə tabe etdilər, yerdə qalanları isə Roma sərhədləri daxilinə miqrasiya etməyə məcbur oldu.

Hunlar, xüsusən Attilanın rəhbərliyi altında tez-tez Şərqi Roma imperiyası üzərinə dağıdıcı yürüşlər həyata keçirdilər. 451-ci ildə onlar Qərbi Roma imperiyasının əyaləti olan Qaulu ələ keçirdilər. Onlar buanı ələ keçirmək üçün romalılarla vestqotların birləşmiş ordusu ilə Katalaun döyüşündə döyüşmüdülər. 452-ci ildə onlar İtaliyanı ələ keçirdilər. Attilanın 453-cü ildə ölümündən sonra Hunlar artıq Roma üçün əsas təhlükə olmaqdan çıxdılqar və öz torpaqlarının çoxunu 454-cü ildə baş vermiş Nedao döyüşündən sonra itirdilər. Hunların varisləri və ya onların adlarına bənzər adlara IV-VI əsrlər boyunca Avropanın bir sıra yerlərində rast gəlinir. VIII əsrin əvvəllərinə qədər belə adlara Qafqaz bölgələrində də rast gəlinmişdir.

XVIII əsrdə fransız alim Jozef de Quiqnes hunlarla xionqnular arasında əlaqənin olmasını təklif etdi. Xionqnular e.ə. III əsrdən I əsrı qıdır Çinin şimalında yaşamışdılar.[3] Quiqnesin zamanından etibarən alimlər bu əlaqəni sübut etmək üçün müxtəlif araşdırmalar etdilər. Məsələ mübahisəli olaraq qalır, lakin son arxeogenetik tədqiqatlar onların Monqolustandan Xiongnu mənşəli olduğunu, həmçinin skifgerman xalqları ilə qarışdığını göstərir.[4] Onların digər birliklərlə, məsələn İran və Cənubi Asiya Hunları ilə olan münasibətləri mübahisəlidir.

Hunların mədəniyyəti barədə az məlumat bilinməkdədir və onlarla assosiasiya edilən çox az sayda arxeoloji materiallar dövrümüzə gəlib çatmışdır. Onların tunc qazanlardan istifadə etdikləri və kəllə sümüklərinin süni deformasiyası həyata keçirdikləri güman edilir. Attilanın dövründəki Hun dininin təsviri yoxdur, lakin falçılıq kimi şeylərin olduğu təstiqlənmişdir və şamanların mövcudluğu ehtimal edilməkdədir. Hunların özlərinə məxsus dillərinin olması bilinsə də, bu dildən yalnız 3 söz və şəxs adları dövrümüzə qədər gəlib çatmışdır.

İqtisadi olaraq Hunlar köçəri həyat tərzi sürmüşdürlər. Onların Roma dünyası ilə əlaqəsi artdıqca, onların iqtisadiyyatı xərac, basqın və ticarət yolu ilə Roma ilə getdikcə daha çox bağlandı. Güman edilir ki, Avropaya daxil olan zaman Hunların vahid dövləti olmamışdır, lakin romalılarla müharibələr genişləndikcə Hunlar da vahid tayfa hakimiyyətini formalaşdıra bilmişdirlər. Hunlar müxtəlif dillərdə danışan xeyli sayda xalqlara hakimlik etməkdə idilər, onlardan bəzilərinin öz hökmdarları da var idi. Hunların rəqiblərini məğlub etməkdə istifadə etdikləri əsas hərbi taktika atlı oxçuluq idi.

Hunların Xalqların böyük köçünə yol açdıqları güman edilir. Bu köç nəticəsində Qərbi Roma imperiyasına son qoyulmuşdur. Hunların xatirəsi müxtəlif xristian müqəddəslərin həyat hekayələrində də yaşadılmışdır. Bu hekayələrdə Hunlar mənfi obraz kimi təqdim edilmişdirlər. Qədim german qəhrəmanlıq dastanlarında da Hunlardan bəhs edilmişdir. Bu dastanlarda onlardan həm mənfi, həm də müttəfiq kimi bəhs edilmişdir. Macarıstanda macarların orta əsr xronikalarına əsaslanan əfsana formalaşdırılmışdır. Bu əfsanəyə görə macarlarsekellər Hunlardan törəmişdirlər. Hər bir halda, tarix elmi əsasən macarlarla hunlar arasındakı əlaqəni inkar edir.[5][6][7][8] Avropadakı müasir populyar mədəniyyətdə hunlar tez-tez qəddarlıq və barbarlıqla assosiasiya edilir.[9]

453-cü ildə Attilanın ölümündən sonra hunlar Roma üçün böyük bir təhdid olmaqdan çıxmış və Nedao döyüşündəki məğlubiyyətdən sonra keçmiş torpaqlarının böyük bir hissəsini itirmişdirlər. 469-cu ildə Attilanın oğlu Dengizikin ölümündən sonra hunların qəflətən yoxa çıxdığı düşünülürdü. Lakin bəzi alimlər iddia edir ki, xüsusən bulqarlar hunlarla yüksək dərəcədə davamlılıq göstərməkdədirlər. Hyun Cin Kim isə bildirir ki, Hun imperiyasının dağılmasından sonra ortaya çıxan 3 böyük german tayfaları - gepitlər, ostroqotlarskirilər geniş bir şəkildə hunlaşmışdılar. O, hətta bu tayfaların hakimlərin yerli olmasından çox, Hun kökənli şəxslər olmasını daha yüksək ehtimal hesab edirş

Hun adının fərqli versiyaları Qafqaz bölgəsində uzun müddət qorunmuşdur. Burada özlərinə dövlət də quran hunların Azərbaycan türklərinin təşəkkülündə mühüm rol oynadığı düşünülür. Eyni zamanda, hunlar bəzi qumuq müəlliflər tərəfindən Şimali Qafqazın türk xalqlarından biri olan qumuqların əcdadı da hesab edilir.

Alimlər Qərbi Roma imperiyasının çökməsində hunların əsas məsuliyyət daşıya biləcəyini bildirirlər. Həmçinin hunlar birbaşa və ya dolayı yolla özlərindən sonra türk tayfalarının dörd əsr boyunca Avrasiya bozqırlarında hakim olmalarının təməllərini atmışdır.

  1. de la Vaissière, 2015. səh. 177
  2. Sinor, 1990. səh. 180
  3. de la Vaissière, 2015. səh. 175, 180
  4. Saag, Lehti; Staniuk, Robert. "Historical human migrations: From the steppe to the basin". Current Biology. 32 (13). 11 iyul 2022: 38–41. doi:10.1016/j.cub.2022.05.058. PMID 35820383 (#bad_pmid). 2023-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2022. Bəşər tarixində bir çox köçlər Karpat hövzəsini Avropanın ərimə qazanına çevirmişdir. Yeni qədim genomlar avropalı hunların, avarların və macarların Asiya mənşəli olduğunu və sosial quruluşla əlaqəli böyük qrup daxilində dəyişkənliyi təsdiqləyir.
  5. Szűcs, 1999. səh. xiiv
  6. Engel, 2001. səh. 2
  7. Lendvai, 2003. səh. 7
  8. Maenchen-Helfen, 1973. səh. 386
  9. Sinor, 1990. səh. 177

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search